"Barselona" Alvaresin transferindən  imtina etdi
25 sentyabr 2026 13:21 (UTC +04:00)

"Barselona" Alvaresin transferindən imtina etdi

0

"Barselona"nın idman direktoru Deku, futbol klubunun "Atletiko"nun argentinalı hücumçusu Xulian Alvaresin transferindən imtina etdiyini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Alvares əvvəllər müqaviləsinin 2030-cu ilə qədər olmasına baxmayaraq, Madrid klubundan ayrılmaq istədiyini açıq şəkildə açıqlayıb.

İspaniya mediası "Barselona"nın Alvares üçün 130 milyon avro təklif etməyə hazır olduğunu bildirib. "Atletiko" daha sonra Alvaresin Kataloniya klubuna keçmə şansının sıfır olduğunu bildirib.

"Xulian Alvares artıq keçmişdə qalıb. Biz irəli baxmalıyıq və sahib olduğumuz şeylərdən məmnunuq. Ümid edirəm ki, o da yaxşı oynayır və klubuna kömək edir. Bir çox sövdələşmələr və transferlər sadəcə baş tutmur", - Deku vurğulayıb. 

Alvaresin 26 yaşı var. Hücumçu bu mövsüm "Atletiko"nun səkkiz oyunundan dördündə meydana çıxıb. Alvares Argentina millisində 58 oyun keçirib və 15 qol vurub. O, Argentina millisi ilə birlikdə 2022-ci il Dünya çempionatını və iki dəfə Amerika Kubokunu (2021 və 2024) qazanıb. 2026-cı il Dünya çempionatında o, milli komanda ilə finala yüksəlib və komandası İspaniyaya əlavə vaxtda 1-0 hesabı ilə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar