Vladimir Putin, Rusiyanın prezidenti
20 oktyabr 2021 14:14 (UTC +04:00)

Vladimir Putin, Rusiyanın prezidenti

Putin yenidən peyvənd vurdura bilər - RƏSMİ

Rusiya prezidenti Vladimir Putinə hələ ki təkrar peyvənd vurulmayıb. Həkimlər lazım olduğunu deyəndə ona peyvənd vurulacaq. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı suala belə cavab verib. 

Öz növbəsində, dövlət başçısının mətbuat katibi, antitelinin yüksək səviyyədə olduğu üçün özü də peyvənd edilmədiyini qeyd edib. Peskovun sözlərinə görə, “səviyyənin enməsini gözləyir”. 

Bir müddət əvvəl Kremlin sözçüsü Putinin yenidən peyvənd olunacağına şübhə etmədiyini demişdi. Eyni zamanda, aydınlaşdırmışdı ki, Rusiya lideri antitelini çox yüksək səviyyədə saxlayır.

İyun ayının sonunda Rusiya prezidenti Rusiyanın “Sputnik V” peyvəndi ilə peyvənd edildiyini açıqlamışdı. Rusiyada COVID-19 əleyhinə kütləvi peyvənd 2020-ci il dekabrın 18-də başlayıb, lakin risk qruplarından olan vətəndaşlar üçün peyvənd dekabrın 5-dən etibarən mövcud idi.


 

# 1074
avatar

Oxşar yazılar