Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden
16 iyun 2021 21:44 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden

Putin və Bayden səfirlərin öz postlarına qayıtması ilə bağlı da razılığa gəldilər

0

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden səfirlərin iş yerlərinə qayıtmaları ilə bağlı razılığa gəliblər.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Vladimir Putin Co Baydenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O, amerikalı həmkarı ilə müvafiq olaraq Rusiya səfirinin ABŞ-a, ABŞ səfirinin Rusiyaya qayıtması ilə bağlı razılığa gəldiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Baydenin müsahibəsində Vladimir Putini “qatil” hesab etdiyini bildirməsindən sonra Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu geri çağırmışdı. Bunun ardınca isə ABŞ səfiri Con Sallivan da Vaşinqtona geri qayıtmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1244

Oxşar yazılar