Polislər yoldan yeddi cəsəd tapdı
13 noyabr 2023 08:09 (UTC +04:00)

Polislər yoldan yeddi cəsəd tapdı

Meksikanın Zacetecas Loreto qəsəbəsində yolda cəsədlər aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə yerinə gələn polislər yeddi cəsəd aşkar edib.

Səlahiyyətlilər cəsədlərdə zərbə izlərinin olduğunu və bu şəxslərin işgəncə nəticəsində öldürüldüyünü təxmin etdiklərini bildiriblər.

Meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparıldığı paylaşılıb.

İnsidentin bir neçə dəstə arasında baş verən qarşıdurma nəticəsində öldüyü bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4305

Oxşar yazılar