Öz şəklini paylaşdığıı üçün 150 min dollar  cərimə oluna bilər
11 iyul 2021 02:20 (UTC +04:00)

Öz şəklini paylaşdığıı üçün 150 min dollar cərimə oluna bilər

Müğənni-model Dua Lipa öz şəklini paylaşdığı üçün məhkəməlik olub.

Lent.az "axsham.az"a istinadən xəbər verir ki, 25 yaşlı müğənni paparatzilərin çəkdiyi şəkli hesabında yerləşdirdirib. Ardından "Integral Images" fotoda müəllif hüquqlarının pozulduğunu iddia edərək müğənnini məhkəməyə verib.  

Məhkəməyə təqdim olunan sənəddə müğənninin fotonu marketinq vasitəsi kimi paylaşıldığı qeyd olunub. Bu səbəbdən Dua Lipadan 150 min dollar təzminat ödəməsi tələb olunur.

Şirkət təzminatla yanaşı, məhkəmə, vəkil xərclərini qarşılanmasını və gələcəkdə müəllif hüquqlarını pozan hərəkətlərin təkrarlanmaması ilə bağlı qərarın qəbul edilməsini tələb edir.

Qeyd edək ki, sözügedən fotoda müğənni böyük bir şapka taxaraq hava limanından çıxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2043
avatar

Oxşar yazılar