Nigeriyada silahlı dəstə üzvləri kəndlərə hücum edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, kimliyi məlum olmayan şəxslərin kəndlərə basqını zamanı 12 nəfər həyatını itirib.
Ölənlərdən biri polisdir. Bir çox insan yaralanıb.
Qeyd edək ki, bir müddətdir motosikletlə bir qrup şəxs ölkənin müxtəlif yerlərində hücumlar həyata keçirirlər. Buna görə də bir çox ştatlarda motosikletdən istifadə qadağan olunub.
Sevinc Fərid