Miqrant qayığı batdı, 1-i körpə olmaqla  17 nəfər öldü
25 iyul 2022 06:12 (UTC +04:00)

Miqrant qayığı batdı, 1-i körpə olmaqla 17 nəfər öldü

0

ABŞ-a axın edən haitili mühacirləri daşıyan qayıq Şimali Amerika ölkəsi olan Baham adaları sahillərində batıb.

Lent.az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1-i körpə olmaqla 17 haitili mühacir həyatını itirib.

Səlahiyyətlilər 25 nəfərin isə xilas edildiyini bildirib.

İçərisində 60 nəfərin olduğu qayıq Nyu Providens adasından 11 kilometr aralıda batıb.

Baham adaları ABŞ-a getmək istəyən haitililər üçün ən çox istifadə edilən tranzit marşrutlarından biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1529

Oxşar yazılar