İtaliyalı müğənni və aktrisa Rafaella Karra 78 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
APA “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, o, sadə bir taxta tabutda dəfn edilməsini vəsiyyət edib.
Müğənninin hansı xəstəlikdən əziyyət çəkdiyi bildirilməyib.
Onun övladı olmasa da, üçüncü dünya ölkələrindən yetkinlik yaşına çatmayanlara dəstək verirdi.
Qeyd edək ki, Rafaella Karra 1970-ci illərdə populyarlaşıb. Ona daha çox “A far l`amore comincia tu” mahnısı məşhurluq gətirib.