Meksikada daxili işlər nazirinin olduğu helikopter qəzaya uğradı - VİDEO
26 avqust 2021 03:07 (UTC +04:00)

Meksikada daxili işlər nazirinin olduğu helikopter qəzaya uğradı - VİDEO

Meksikanın Hərbi-Dəniz Qüvvələrinə məxsus “Mi-17” helikopteri Meksikanın İdalqo ştatında havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində Verakrus ştatının daxili işlər naziri olub, hadisənin baş verməsi anının videogörüntüləri də sosial şəbəkələrdə yayılıb.

“Grace” qasırğası nəticəsində ziyan görmüş bölgələri araşdırdığımız Hərbi-Dəniz Qüvvələrinin helikopterinin qəzaya uğramasından sonra göstərdiyiniz dəstəyinizə görə təşəkkür edirik. Xoşbəxtlikdən heç bir itki olmadı. Bir az zərər görsək də, kömək etməyə davam edirik”, - deyə Verakrus ştatının daxili işlər naziri Erik Sisneros Burqos “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə helikopterin havaya qalxdıqdan sonra idarəetmənin itirilməsi nəticəsində yerə düşdüyü anbaan görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Oxşar yazılar