Məşhur yazıçı Mark Tvenin malikanəsi satışa qoyulub.
Lent.az "axsham.az"a istinadən xəbər verir ki, villa "Sothebys"də 4.2 milyon dollara satışa çıxarılıb.
Mərhum yazıçının 1910-cu ilədək (ölümünə qədər) yaşadığı malikanə Reddinq şəhərində yerləşir. Toskana üslubunda olan evdə 4 yataq otağı, 3 kamin, 3 qaraj və böyük bir hovuz var.
Ev 1923-cü ildə çıxan yanğında ziyan görüb. Malikanə 1925-ci ildə eyni təməl üzərində orijinal terasları, daş divarları, sütunları və bağçası qorunaraq yenidən bərpa edilib.