Koronavirus ştammları yunan hərfləri ilə adlandırılacaq - SƏBƏB
31 may 2021 23:14 (UTC +04:00)

Koronavirus ştammları yunan hərfləri ilə adlandırılacaq - SƏBƏB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gündən yeni növ koronavirusun (COVID-19) ştammlarının adlandırılmasında yunan əlifbasının hərflərindən istifadə edəcək.

APA “BBC”yə istinadən xəbər verir ki, təşkilat bu gündən etibarən virusun “Böyük Britaniya ştammı”nı Alfa, “Cənubi Afrika ştammı”nı Beta, “Braziliya ştammı”nı Qamma, “Hindistan ştammı”nı isə Delta hərfləri ilə adlandıracaq.

Yeni metodun koronavirus ştamlarının adlarındakı müəyyən stiqmaları silmək məqsədi daşıdığı qeyd edilib.

“Heç bir ölkə aşkarladığı və məlumat verdiyi virusla damğalanmamalıdır”, - deyə ÜST rəsmisi Maria Van Kerkhove “Twitter” hesabındakı paylaşımında qeyd edib.

Xatırladaq ki, mayın əvvəlində Hindistan hökuməti də virusun ölkə adı olaraq hallandırılmasını tənqid etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212
avatar

Oxşar yazılar