Noyabrın 15-də Rusiya ordusu Kiyevə raket zərbələri endirdi.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, ilkin məlumata görə, raketlərin bir hissəsi paytaxtın Peçersk rayonunda iki yaşayış binasına düşüb, qalanları hava hücumundan müdafiə qüvvələri vurub. Bu barədə Kiyev meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.
"Paytaxta hücum. İlkin məlumata görə, Peçerski rayonunda iki yaşayış binası vurulub. Bir neçə raketi Kiyev səmasında hava hücumundan müdafiə qüvvələri vurub. Həkimlər və xilasedicilər zərbə yerindədir. Ətraflı məlumat daha sonra veriləcək", - məlumatda bildirilir.
Şəhər hakimiyyəti kiyevliləri və paytaxt qonaqlarını raket təhlükəsi ilə bağlı sığınacaqlarda olmağa çağırıb.
Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.