TƏBİB sədri daha bir xəstəxanaya direktor təyin edib.
Lent.az xəbər verir ki, Teymur Adışirin oğlu Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru olan Oktay Əmənullayev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilərək Lənkəran xəstəxanasına direktor təyin edilib.
