Kişi qəribə səbəblə evini partladıb öldü - VİDEO
15 iyun 2024 12:09 (UTC +04:00)

Kişi qəribə səbəblə evini partladıb öldü - VİDEO

ABŞ-da 56 yaşlı Ceyms Yu qəsdən evinə benzin tökərək yandırıb. Partlayış nəticəsində Yu özü həlak olub, partlayış dalğası bir neçə kilometrə qədər hiss olunub. Arlinqton dairəsinin səlahiyyətliləri partlayışa qədərki hadisələri və yaxınlıqdakı polis əməkdaşları üçün nəticələrini əks etdirən video nümayiş etdirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, partlayışın polis maşınının ön şüşəsini necə sındırdığı, partlayış dalğası nəticəsində məmurlardan birinin kənara atıldığı göstərilir. Müstəntiqlər Yu-nun təkbaşına hərəkət etdiyini, qonşularının casusluqda şübhələndiyini və həyatını təhdid etdiyini söyləyib. Hadisənin terror fəaliyyəti ilə əlaqəsi yoxdur.

Dekabrın 4-də güllə səslərinin eşidilməsi ilə bağlı xəbərlərdən sonra polis Yu-nun evinə çağırılıb. Zabitlər Şimali Burlinqton küçəsindəki evin pəncərəsindən alovları görüblər. Polis yaxınlıqdakı evin sakinlərini təxliyə edib və 30-dan çox məşəl yandıran Yu ilə danışıqlar aparmağa cəhd edib.

Yu ilə əlaqə yaratmaq mümkün olmayıb. Qonşular bildiriblər ki, Yu tənhadır və bu yaxınlarda onun pəncərələri zibil torbaları ilə örtülü olub. Onun sosial media hesabında Amerika səlahiyyətliləri üçün ona casusluq etdiyi iddia edilən qonşularına qarşı ittihamlar yer alıb.

Yu iddia edib ki, qonşuları "cadugər və yadplanetli" ilə əməkdaşlıq edərək, Pearl Harbora hücumun ildönümündə, dekabrın 7-də ona hücum etməyi planlaşdırırlar. Səlahiyyətlilər onun evində axtarış aparmaq üçün axtarış qərarı alıblar, lakin Yu təslim olmaqdan imtina edib. Polisin bibər qazı və gözyaşardıcı qazdan istifadə etmək cəhdləri uğursuz alınıb.

Saat 20:25 radələrində məmurlar içəri girməyə çalışarkən ev partlayıb. Partlayış dalğası nəticəsində yalnız Yu ölüb. Polis və yanğınsöndürənlər hadisə yerindən benzin qutuları, silah və sursat tapıblar.

Yu-nun qohumları onun psixoz və paranoyya da daxil olmaqla ruhi xəstəliyi barədə məlumat veriblər. Onun sui-qəsd inancları arasında 11 sentyabr hücumları ilə Robert Muellerin 2016-cı il seçkiləri ilə bağlı araşdırması arasında əlaqə olub. Həyat yoldaşı 2017-ci ildə "münasibətlərin geri dönməz pozulması" səbəbindən ondan boşanıb. Yu ona 80.000 dollar ödəməli və 150.000 dollara evlərinin payını almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar