Rusiyanın Amur vilayətinin Mejduqranka kəndində baş verən yanğında 8 yaşlı qız və bir qadın ölüb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliy məlumat yayıb.
Yanvarın 24-nə keçən gecə fərdi ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürən və xilasedicilərlə birlikdə iki döyüş briqadası, həmçinin hərbi hissənin yanğınsöndürmə briqadası göndərilib.
Ümumilikdə yanğının söndürülməsində 16 nəfər və 3 texnika iştirak edib.
Kəşfiyyat zamanı yanğınsöndürənlər iki nəfərin - bir qız və 45 yaşlı qadının meyiti aşkar edilib.
Yanğınla bağlı araşdırmalara başlanılıb.