Qlobal səviyyədə tətbiq olunan 1,8 milyard koronavirusa qarşı peyvəndin aşağı gəlirli ölkələrdə yalnız 0,4 faizi tətbiq edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreisus açıqlayıb.
"Bu, etik, epidemioloji və iqtisadi baxımdan qəbuledilməzdir”, - Qebreisus əlavə edib.
Onun sözlərinə görə, hazırda inkişaf etmiş etmiş ölkələrdə COVID-19-a qarşı peyvəndlənmə nəticəsində virusdan ölüm halları əhəmiyyətli dərəcədə azalıb.