Kanadada sürücü qəsdən müsəlman ailəsini vurdu: 1 NƏFƏR SAĞ QALDI
08 iyun 2021 05:10 (UTC +04:00)

Kanadada sürücü qəsdən müsəlman ailəsini vurdu: 1 NƏFƏR SAĞ QALDI

3

Kanadanın Ontario əyalətinin London şəhərində bir avtomobil sürücüsü bilərəkdən yolu keçən müsəlman ailəsini vurub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfərlik ailənin 4 üzvü ölüb.

Yerli polisin məlumatına görə, ailə üzvlərindən biri yerindəcə ölüb, digər üç nəfər isə xəstəxanada dünyasını dəyişib.

Yalnız 9 yaşlı uşaq sağ qalıb.

Bələdiyyə rəhbərinin əmri ilə şəhərdə üç günlük matəm elan edilib, bayraqlar endirilib.

Bələdiyyə sədri “Twitter” hesabında Müsəlman icmasının nümayəndələri ilə görüşdüyünü və onlara başsağlığı verdiyini yazıb. Qeyd edib ki, müsəlmanlar bundan sonra şəhərdə özlərini təhlükəsiz hiss edə biləcəklərinə əmin olsunlar.

Qeyd edək ki, hadisəni törədən 20 yaşlı şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 1724

Oxşar yazılar