İŞİD tərəfdarı olan gənc avropalı turistin başını kəsdi
22 noyabr 2025 09:24 (UTC +04:00)

İŞİD tərəfdarı olan gənc avropalı turistin başını kəsdi

0

Almaniyanın paytaxtı Berlində dini zəmində düşmənçilik fonunda şokedici cinayət baş verib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, 2023-cü ildən Almaniyada yaşayan suriyalı miqrant Holokost qurbanlarına həsr olunmuş Memorial yaxınlığında ispan turistinə amansız hücum edib.

2025-ci ilin fevralında baş verən insident yalnız noyabrın sonunda, 19 yaşlı Vassim əl-M.-in məhkəməsi zamanı geniş müzakirə olunmağa başlayıb. Məlum olub ki, İŞİD-in tərəfdarı olduğu deyilən gənc 30 yaşlı kişiyə arxadan bıçaqla hücum edərək onun boğaz nahiyəsinə kəsici xəsarətlər yetirib. Hücum zamanı o, “Allah böyüktür!” deyə qışqırıb.

Aldığı xəsarətlərə baxmayaraq, zərərçəkən küçəyə qədər qaça bilib, orada isə huşunu itirib. İstintaq müəyyən edib ki, radikal baxışlı suriyalı əvvəlcədən yəhudi dininə mənsub bir şəxsi hədəf almağı planlaşdırıb və hətta ideoloji tərəfdarlarına “xidmətlərini təklif edən” foto da göndərib.

20 noyabr tarixli məhkəmə iclasında prokurorlar qeyd ediblər ki, ittiham olunan şəxs terror ideologiyasını fəal şəkildə yayır, Qərb dəyərlərini rədd edir və qlobal cihadın zəruriliyini təbliğ edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar