İranda həbs edilən azərbaycanlı   vəhşicəsinə döyüldü - FOTO
24 oktyabr 2022 14:56 (UTC +04:00)

İranda həbs edilən azərbaycanlı vəhşicəsinə döyüldü - FOTO

Urmuda həbs edilən azərbaycanlı fəala amansız işgəncələr verilib. 

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan və bir həftə öncə etirazlarda saxlanılan Rza Etibarirad ETTELAAT idarəsinin təcridxanasında vəhşicəsinə döyülüb.

O, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb, qolu sındırılıb və 700 milyon tümənlik girov sənədi qarşılığında məhkəməyə qədər  müvəqqəti sərbəst buraxılıb.

Oktyabrın 20-də İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda etiraz aksiyalarında tutulanlara müxtəlif işgəncələr verildiyini bildirib.

Təşkilatın sədri Mahmud Əmiri Müqəddəm İranın hökumət qüvvələri tərəfindən tutulan və barələrində məlumat verilməyən şəxslərə işgəncə verilməsindən, bəzilərinin isə işgəncə nəticəsində öldürülməsindən narahat olduqlarını deyib.

O, beynəlxalq insan haqları təşkilatları və dünya birliyinə müraciət edərək, həbsdə olan etirazçıların taleyinin müəyyənləşməsi və azadlığa buraxılmaları üçün Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Sevinc Fərid

Oxşar yazılar