İki ildir axtarılan mafiya başçısı idman zalına gedəndə  saxlanıldı
24 mart 2025 12:54 (UTC +04:00)

İki ildir axtarılan mafiya başçısı idman zalına gedəndə saxlanıldı

İki il polisdən gizlənən italyan mafiya başçısı Kolumbiyada tutulub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Dollarino kimi tanınan mafioz Emanuele Qreqorini çərşənbə axşamı, martın 18-də Bolivar departamentinin Kartaxena şəhərində saxlanılıb. Kolumbiya polisi onu “Latın Amerikasında italyan mafiyasının lideri” adlandırıb. Müstəntiqlərin fikrincə, o, Kolumbiyadan Avropaya kokainin çatdırılmasında əsas rol oynayıb.

Qreqorini İtaliya, Britaniya və Kolumbiya təhlükəsizlik qüvvələrinin təşkil etdiyi böyük beynəlxalq əməliyyat nəticəsində həbs edilib. Məlumata görə, mafiya başçısı Kartaxenada idman zalına gedərkən saxlanılıb. O, alış-veriş edərkən, restoranlarda və idman zalında olarkən lentə alınıb.

Kolumbiya prokurorları bildiriblər ki, Qreqorininin həbsi italyan mafiyasının Latın Amerikasında mövqelərinin güclənməsindən xəbər verir. 2020-ci ildə Dollarino İtaliya mafiyası üçün çirkli pulların yuyulmasında iştirak ittihamı ilə artıq Romada həbs edilmişdi. Onun necə azad olduğu bildirilməsə də, 2023-cü ildə polis onun harada gizləndiyini müəyyən etməyə çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2090

Oxşar yazılar

İsrail Qəzzaya 60 zərbə  endirdi

İsrail Qəzzaya 60 zərbə endirdi

12 may 2025 , 04:46
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45