Hərbi bazada partlayış: bina çökdü, 10 yaralı
19 noyabr 2021 07:10 (UTC +04:00)

Hərbi bazada partlayış: bina çökdü, 10 yaralı

0

Kanada Silahlı Qüvvələrinin Vankuver adasındakı (Britaniya Kolumbiyası) “Komoks” hərbi bazasında partlayış baş verib.

APA CTV kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb. 

Yaralılara tibbi yardım göstərilib, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, partlayış qeyri-yaşayış binasında təmir işləri aparılan zaman məişət qazının sızması nəticəsində baş verib.

Binanın qismən çökdüyü bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2487

Oxşar yazılar