Harris açıqladı - Namizəd olmayacaq
31 iyul 2025 04:03 (UTC +04:00)

Harris açıqladı - Namizəd olmayacaq

ABŞ-ın sabiq vitse-prezidenti və prezidentliyə namizədi Kamala Harris gələn il Kaliforniya qubernatorluğuna namizəd olmamaq qərarına gəlib.

Lent.az xəbər verir ki, bununla bağlı o öz “Facebook” hesabında məlumat verib.

"Mən bu ştatı, onun xalqını və perspektivlərini sevirəm. O, mənim evimdir. Amma dərindən düşünərək qərara gəldim ki, bu seçkidə qubernatorluğa namizəd olmayacağam", - Harris bildirib.

Harris həmçinin vurğulayıb ki, o, siyasətə yeni yanaşmalara ehtiyac olduğuna dərindən inanır. Çünki mövcud sistem amerikalıları çox tez-tez uğursuzluğa düçar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar