Güllələnən keçmiş baş nazir öldü -  VİDEO   - YENİLƏNİB
08 iyul 2022 12:53 (UTC +04:00)

Güllələnən keçmiş baş nazir öldü - VİDEO - YENİLƏNİB

0

Yaponiyanın sui-qəsdə məruz qalmış sabiq Baş naziri Sindzo Abe vəfat edib.

Lent.az xəbər verir ki, o, komadan ayıla bilməyib.

***

saat 10:13

Xəbərə video əlavə olunub.

***

08:56

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib.
Lent.az-ın NHK telekanalına istinadla məlumatına görə, o, Nara şəhərinin sakini 41 yaşlı Tetsuya Yamaqamidir.

***

08.27

Şinzo Abenin vəziyyəti barədə ziddiyyətli xəbərlər yayılır.
Lent.az-ın xəbərinə görə, NHK televiziyası bildirir ki, Abenin ürəyi dayannmış vəziyyətdədir həyat əlaməti yoxdur.
AFP siyasətçinin həyatla ölüm arasında olduğu haqda məlumat verib. 
 

***

07.59

Yaponiya hökuməti Şinzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb.
Lent.az-ın xəbərinə görə, Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir. 
 

***

07.27

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Lent.az-ın “Bloomberg”ə istinadla xəbərinə görə, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Şahidlərin dediyinıə görə, 2 atəş səsi eşidilib.

Hücumda şübhəli bilinən şəxsi polis saxlayıb.
 

Yaponiyanın keçmiş baş nazirinə sui-qəsd

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8323

Oxşar yazılar