“Ford”da 4 min iş yeri bağlanır
21 noyabr 2024 06:58 (UTC +04:00)

“Ford”da 4 min iş yeri bağlanır

Amerikanın avtomobil istehsalçısı “Ford” 2027-ci ilin sonuna qədər qənaət proqramı çərçivəsində Avropada 4 minə yaxın iş yerini ixtisar etmək niyyətindədir ki, onlardan 2,9 mini Almaniyadakı zavoddadır.

Lent.az xəbər verir ki, bu barədə konsernin saytında məlumat dərc olunub.

Böyük Britaniyada təxminən 800, digər Avropa ölkələrində isə 300 iş yerinin ixtisar edilməsi planlaşdırılır. İxtisarların əksəriyyəti “Ford”un Köln zavoduna təsir edəcək.

“Ford” 2023-cü ildə minik avtomobilləri seqmentində əhəmiyyətli itkilərə məruz qaldı.

Bu itkilər istehsalın elektromobillərə yönləndirilməsinin yüksək xərcləri, ciddi ekoloji standartlar və Avropa avtomobil bazarında olan rəqabətlə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar