Türkiyənin İstanbul şəhərində evdən 3 meyit tapılıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Şişli qəsəbəsində qeydə alınıb. İddialara görə, buradakı evlərin birində 4 nəfər narkotik qəbul etmək üçün toplaşıblar. Bu zaman onlardan biri digər 3-nü başlarından güllə ilə vuraraq öldürüb. Daha sonra həmin şəxs hadisə yerindən qaçıb.
Məlumata görə, ölənlərdən 2-i qadın, 1-i kişidir.
Polis əməkdaşları hadisəni törədən şəxsin saxlanılması üçün əməliyyat tədbirləri keçirirlər.