Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden
10 iyun 2021 00:07 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden

Ərdoğan Baydenlə təkbətək görüşəcək - Ağ Evdən TƏŞƏBBÜS

0

"NATO Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə təkbətək görüşəcək".

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

M.Çavuşoğlu bildirib ki, C.Baydenin xüsusilə, 24 apreldə “erməni soyqırımı” ifadəsini işlətməsi ilə bağlı R.T.Ərdoğanla aralarında olan narazılığa baxmayaraq, o cümlədən YPG terrorçularına Amerikanın dəstəyi, S-400, FETÖ, NATO-da müttəfiq olduğu halda, ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi mövzularında iki ölkənin münasibətləri soyuq olsa da bu görüş hər baxımdan müsbət dəyərləndiriliməlidir: “ABŞ Suriya, Liviya mövzularında, Aralıq dənizindən, Qaradənizə, Qafqazlara qədər Türkiyə ilə əməkdaşlıq etmək arzusundadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1340

Oxşar yazılar