Dünyanın ən varlı adamı Ceff Bezosla kosmosa uçmaq şansı bu həftə hərraca çıxarılacaq.
Lent.az “Reuters”ə istinadən xəbər verir ki, “Blue Origin” şirkətinin “New Shepard” gəmisindəki bir yer 12 iyunda bağlanacaq və qalibin Ceff Bezosla kosmosa uçmasına imkan verəcək cari aylıq hərracın qalibinə veriləcək.
140-dan çox ölkədən təxminən 6000 iştirakçı bu yer üçün mübarizə aparır və təkliflər 3,5 milyon dollara çatır.
Bezos daha əvvəl “New Shepard”ın ilk insan uçuşunda kiçik qardaşı Markla birlikdə kosmosa uçacağını bildirmişdi.
“Beş yaşımdan kosmosa çıxmağı xəyal edirdim. 20 iyulda qardaşımla birlikdə bu səyahətə başlayacağam. Ən yaxşı dostumla ən böyük macəra”, - deyə Ceff Bezos “Instagram” səhifəsində yazıb.