Elektriklə işləyən təyyarələr...  - Danimarka ilkə imza atacaq
04 iyun 2021 06:10 (UTC +04:00)

Elektriklə işləyən təyyarələr... - Danimarka ilkə imza atacaq

0

Danimarka dünyada ilk dəfə olaraq elektrik enerjisi ilə işləyən təkmühərrikli, Sloveniya istehsalı olan “Pipistrel Velis Electro” təyyarəsini Hərbi Hava Qüvvələrinə qəbul edən ilk ölkə oacaq.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki nəfərlik heyət üçün nəzərdə tutulmuş təyyarə 2021-ci ilin payızında “Green Aerolease” Fransa şirkəti tərəfindən Danimarkaya çatdırılacaq.

Təyyarələr iki illik sınaq müddəti keçməlidir.

“Pipistrel Velis Electro”nun iqlim təhlükəsizliyi baxımından əlverişli olduğu bildirilib.

Eyni zamanda yaratdığı səs-küy səviyyəsi son dərəcə aşağıdır - 60 dB-dən çox deyil ki, bu da öz növbəsində heyət nəfərləri arasındakı söhbətin həcminə uyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1354

Oxşar yazılar