Əh bahalı manqo ağacı üçün mühafizəçilər tutdu
23 iyun 2021 05:03 (UTC +04:00)

Əh bahalı manqo ağacı üçün mühafizəçilər tutdu

Hindistanın Bihar ştatının sakini dünyanın ən bahalı manqolarından biri olan “miyadzaki” manqosunu qorumaq üçün xüsusi üsula əl atıb.

Lent.az xəbər verir ki, bunun üçün o, kameralar quraşdırıb və yerli sakinləri işə götürüb.

“Bu, Yaponiyanın Miyadzaki prefekturasında yetişən “Tayo no Tamaqo” və ya “Günəş yumurtası” kimi adlanan dünyanın ən bahalı manqosudur. Bu manqo ağacının 25 yaşı var. Ağac ştatın qanunverici məclisinin keçmiş üzvü Acit Sarkarın qızına hədiyyə edilib. Bu, dünyanın ən bahalı manqosudur”, - deyə ağacın sahibi Vikas Das “RİA Novosti”yə bildirib.

O qeyd edib ki, ağac yerli sakinlər tərəfindən qorunur və video nəzarət altındadır. Das qeyd edib ki, bu manqo növünün xüsusi dadı və qoxusu var, onu bazarda deyil, hərrac təşkil edərək satmağı düşünür.

“Miyadzaki” manqoları öz adını vətəni Yaponiyanın eyniadlı prefekturasından alıb. Orta hesabla bir manqo meyvəsi təxminən 350 qramdır və antioksidant, beta-karotin və folik turşusu ilə zəngindir. Bu meyvədəki şəkər miqdarı da digər manqo növlərindən orta hesabla 15% yüksəkdir. “Miyadzaki” manqosunun 1 kiloqramının qiyməti 8 min rupidən (107 dollar) başlayır və 270 min rupiyədək (3,6 min dollar) qalxa bilər.

# 1851
avatar

Oxşar yazılar

Dünyada ən təhlükəli nəqliyyat növü  budur

Dünyada ən təhlükəli nəqliyyat növü budur

28 mart 2024 , 16:57
DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

27 mart 2024 , 07:59