Dünyanın üçüncü böyük karatlı almazı tapıldı
08 iyul 2021 08:21 (UTC +04:00)

Dünyanın üçüncü böyük karatlı almazı tapıldı

Dünyanın üçüncü ən böyük almazına Botsvanada rast gəlinib.

APA “France-Presse”ə istinadən xəbər verir ki, 1174 karat ağırlığında olan almazı mədən sahibi Lukara Botsvana hökumətinə rəsmi olaraq çərşənbə günü təqdim edib.

Sözü gedən qiymətli daş 20-ci əsrin əvvəllərində tapılan 3.106 karat ağırlığındakı məşhur Cənubi Afrika "Kullinan"dan və 2019-cu ildə aşkar edilən 1.758 karatlıq "Sevelo"dan (Setsvana dilində "Nadir tapıntı") sonra üçüncü ən qiymətli almazdır.

Qeyd edək ki, Botsvana Afrikanın ən böyük almaz istehsalçısıdır və dünyada Rusiyadan sonra ikinci yerdədir. Botsvananın paytaxtı Qaborone isə dünyanın ən əhəmiyyətli və ən böyük almaz mərkəzlərindən biri statusuna sahibdir.

Xatırladaq ki, dünyadakı ən böyük karatlı almaz - əfsanəvi “Kullinan” 1905-ci ildə Pretoria yaxınlığındakı mədəndə tapılıb. Cənubi Afrika almazından bir neçə brilyant düzəldilmişdir ki, onlardan biri də İngiltərə monarxının əsasını bəzəyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar