Dava zamanı kişinin gözünü və qulağını  yedi - ağlasığmaz OLAY
03 may 2024 16:25 (UTC +04:00)

Dava zamanı kişinin gözünü və qulağını yedi - ağlasığmaz OLAY

ABŞ-ın Los-Anceles şəhərində mağazanın dayanacağında “adamyeyən” dəhşət saçıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, küçədə yaşayan 29 yaşlı Kolin Çex “7-Eleven” ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, zərərçəkənin başını asfalta çırpıb, sonra da ona əyilib üzünü dişləməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Polis hadisə yerinə gələndə Çexin zərərçəkənin üzərinə əyildiyini görüblər. Əlləri, üzü və paltarları qan içində olub. 

Sonradan məlum olub ki, Çex kişinin qulağını və gözünü yeyib. Yaralının Kenneth Braun olduğu müəyyən edilib.

Çex həbs olunarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının bircə sualına cavab verə bilməyib. Amerikalı nəzarətə götürülüb, sonra huşunu itirdiyi üçün xəstəxanaya göndərilib. Daha sonra Çex müstəntiqlərə evsiz olduğunu və son beş gün ərzində yatmadığını deyib. Çex həmçinin bildirib ki, guya ilk olaraq Braun ona hücum edib. O, qeybdən gələn səslərin təsirilə Brauna hücum etdiyini və onu dişlədiyini etiraf edib.

Onun işi üzrə keçirilən ilk məhkəmə iclası zamanı həmin şəxs özünü qəribə aparıb. Onun vəkili məhkəmədə Çexin dəli olduğunu deyib. Kişi psixiatrik müayinədən keçəcək. Növbəti iclas mayın 24-nə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Oxşar yazılar