Dağıstanda 3 günlük matəm  elan olundu
24 iyun 2024 08:59 (UTC +04:00)

Dağıstanda 3 günlük matəm elan olundu

Dağıstanda antiterror əməliyyatları sona çatıb və əməliyyatlar zamanı 5 yaraqlı zərərsizləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə TASS-a Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

Dağıstan respublikasının rəhbəri Sergey Melikovun imzaladığı sərəncamla ölkədə üç günlük matəm elan edilib.

Melikov administrasiyasının Telegram kanalında verilən məlumata görə iyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.

Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Oxşar yazılar