ABŞ-ın Mayami şəhərində qəfil çökən və onlarla insanın ölümünə səbəb olan binada axtarış işləri davam edir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dağıntılar altında qalan 145 nəfərdən hələ bir xəbər olmasa da, binadan çıxarılan 2 kiçik qızın cansız bədəni insanları sarsıdıb.
Mayami-Dade dairəsinin rəhbəri Daniella Levine Cava mətbuat konfransında binada
axtarış və xilasetmə işləri zamanı iki uşağın cəsədinin tapıldığı elan edilib. Tapılan uşaqların 10 yaşlı Lucia və 4 yaşlı Emma Guara bacılarına aid olduğu bildirilib.
Beləliklə, binasının çökməsi nəticəsində ölənlərin sayı 18-ya çatıb.
Ölkə prezidenti Co Bayden Floridada fövqəladə vəziyyət elan edib. Bu gün Ağ Ev rəhbəri və xanımı Jill Bayden birlikdə qəzanın baş verdiyi əraziyə gedəcək və ailələrlə görüşəcək.
Xatırladaq ki, Mayami-Dade dairəsinin Sofsayd şəhərciyində 12 mərtəbəli bina
iyunun 24-ə keçən gecə dağılıb.
Sevinc Nurəddinova