“COVID-19”dan ölənlərin sayı 4 milyonu keçdi  - QORXULU STATİSTİKA
06 iyul 2021 10:59 (UTC +04:00)

“COVID-19”dan ölənlərin sayı 4 milyonu keçdi  - QORXULU STATİSTİKA

Dünyada yeni tip koronavirus (COVID-19) epidemiyası səbəbindən həyatını itirənlərin sayı 4 milyonu keçib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ən çox ölüm 621.335 ilə ABŞ-da qeydə alınıb. 525.229 ölümlə Braziliya, 403.310 ilə Hindistan, 233.689 ilə Meksika, 193.389 ilə Peru, 138.579 ilə Rusiya, 128.231 ilə İngiltərə, 127.680 ilə İtaliya  111.197 ilə  Fransa və 109.466 ilə Kolumbiya bir-birini izləyir. 
Virusun yaratdığı ölümlərin sayı dünya miqyasında 4 milyon 818-ə çatıb. 
Türkiyədə 5 iyul tarixinə qədər ümumilikdə 49.959 insan həyatını itirib. Çində ilk dəfə 2019-cu ilin dekabrında ortaya çıxan COVID-19, 200-dən çox ölkə və bölgəyə yayılıb. Virusa tutulan 169.313.630 nəfər sağalıb. 11.623.898 xəstə hələ də müalicə altındadı. 

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038
avatar

Oxşar yazılar