Haitnin liderinin iqamətgahına edilən hücumda güllələnərək öldürülən Jovenel Moizin həyat yoldaşı Martin Moiz də aldığı xəsarətdən ölüb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bir qrup naməlum şəxs Haiti prezidentinin iqamətgahına hücum edib. Cinayətkarlar prezidenti güllələyərək öldürüblər. Ölkənin birinci ledisi də hücum zamanı yaralanıb.
Məlumata görə, hücumda iştirak edənlərin bir neçəsi ispan dilində danışıb. Haiti əhalisinin əksəriyyəti isə fransız dilində danışır.
Jovenel Moiz və həyat yoldaşı Martin Moiz
***
saat 14:24
Haiti Prezidentinə sui-qəsd olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Xovenel Moisenin iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.
Prezidentin iqamətgahına hücum edən şəxslər ispanca danışırmışlar. Onlar Prezidenti güllələyərək öldürüblər.
Hadisə zamanı prezidentin həyat yoldaşı isə yaralanıb.
Birinci xanım xəstəxanaya yerləşdirilib.