2023-cü ildə İspaniyada oktyabrın əvvəli tarixdə ən isti olub.
Lent.az bildirir ki, AEMET meteorologiya agentliyinin məlumatlarına istinadən, ölkədə yeni temperatur rekordunun qeydə alınması faktını “Reuters” agentliyi yayıb.
Oktyabrın 1-də İspaniyanın meteoroloji stansiyalarının 40 faizi maksimum temperaturun 32 dərəcə Selsidən yuxarı qalxdığını qeyd edib. Pireney yarımadasının əksəriyyətində ayın birinci günündə temperatur ilin bu dövrü üçün normadan 7-14 dərəcə yüksək olub.
İspaniyanın cənub-mərkəzindəki iki şəhərdə, Badahose və Montoroda temperatur oktyabr ayı üçün rekord həddə çatıb və müvafiq olaraq 38 və 38,2 dərəcə olub. Əvvəlki rekord 2014-cü ildə Marbelya şəhərində qeydə alınıb. Madriddə termometrdəki işarə 30 dərəcəni göstərib - bu, 1930-cu ildəkindən maksimum temperaturdur.