ABŞ-da meymunçiçəyindən ikinci ölüm faktı qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, yoluxmuş yaşlı kişi Kaliforniyada xəstəxanada vəfat edib. Onun şəxsiyyəti barədə məlumatlar məxfi saxlanılır.
Bununla belə, səhiyyə qurumları ölkədə yoluxmanın azaldığını bildirir.
Qeyd edək ki, ABŞ-da meymunçiçəyindən ilk ölüm avqustda qeydə alınıb.