Bu ölkədə 5 yaşlı uşaqlar da peyvənd olunacaq
14 dekabr 2021 07:53 (UTC +04:00)

Bu ölkədə 5 yaşlı uşaqlar da peyvənd olunacaq

Sinqapurda gələn həftədən etibarən 5-12 yaş arası uşaqlar Covid-19 əleyhinə peyvənd üçün siyahıya alınacaqlar.
Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin təhsil naziri Çan Çun Sin “Facebook”da bildirib. 

Nazirin sözlərinə görə ilk mərhələdə 8-12 yaş qrupu uşaqlar peyvənd olunacaq. Növbəti mərhələ isə daha aşağı yaşda olanlara şamil ediləcək. bunun üçün ölkəyə xüsusi partiya “Pfizer” vaksini gətiriləcək.

Yeni qayda 300 min nəfəri əhatə edəcək. Bura Sinqapur vətəndaşları ilə yanaşı ölkədə daimi yaşayan əcnəbilərin də uşaqları daxildir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029
avatar

Oxşar yazılar