Kanadada dəhşətli istilər davam edir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Britaniya Kolumbiyası əyalətində son 24 saat ərzində həddindən artıq istilər səbəbi ilə 63 nəfər həyatını itirib. Cümə günündən bəri ölənlərin sayı 223-ə çatıb.
Polis ölənlərin əksəriyyətinin yaşlı insanlar olduğunu açıqlayıb. Britaniya Kolumbiyası, Alberta, Yukon və ölkənin şimal-qərb ərazilərində istilər getdikcə artmağa davam edir. Digər tərəfdən, ABŞ-ın bir çox şəhəri də həddindən artıq olan isti havalardan əziyyət çəkir. ABŞ-ın Kanada sərhədindəki Sietl şəhərində anormal istilər nəticəsində asfaltın əriməsi halı da baş verib. Əriyən asfaltın görüntüləri "Twitter" sosial şəbəkə platformasında da böyük marağa səbəb olub.
Mütəxəssislər iqlim dəyişikliyinin səbəb olduğu bu istilərin hələ bir müddət də davam edəcəyini bildirib.
Sevinc Nurəddinova