İngiltərədə sorğuda iştirak edən 1624 seçicidən 2 faizi Boris Consonun yenidən baş nazir postuna gəlməsini istəyib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, respondentlərin 19 faizi Liz Trussı bu vəzifədə saxlamağa üstünlük verib.
Mühafizəkar seçicilərin 56 faizi hər iki namizədə qarşı çıxıb. Britaniyada böyük nəşrlərdən birinin oxucular arasında keçirilən sorğuda isə 80 faiz insan Consonun hökumətə qayıtmasını dəstəkləyib.
Bildirilib ki, bununla belə Consonun hakimiyyətə qayıdışı ilə bağlı ümidlər kifayət qədər illüziyadır.