Bir dilim torta görə oğlunu öldürdü 30 yaşlı amerikalı Travis Stakhauz “Atalar Günü” üçün hazırlanmış tortun bir dilimini yediyi üçün oğlunu öldürüb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Amerikanın Viskonsin əyalətindəki Miluoki bölgəsində baş verib.
4 uşaq atası Travis Stakhauz öna gətirilən tortun bir dilimini kəsib. Özünə ayırdığı bu dilimi 5 yaşındakı oğlu Sir Amerin yediyini gördükdən sonra əsəbiləşib. O, oğlunun mədəsinə və üzünə yumruqla ağır zərbə vurub.
Uşaq huşunu itirərək pilləkənlərdən yıxılıb. Hadisədən sonra həbs olunan Stakhauz, istintaqa ifadəsində əməlitş boynuna alıb və oğlunu döyərək öldürdüyünü deyib.
Nigar Nurəddinova