Bakı şəhərinin Xəzər rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakinini təhlükəsiz əraziyə köçürüb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.