Bağdad bazarında qan su yerinə axdı: 25 ölü, 47 yaralı  - YENİLƏNİB
19 iyul 2021 23:18 (UTC +04:00)

Bağdad bazarında qan su yerinə axdı: 25 ölü, 47 yaralı - YENİLƏNİB

İraqın paytaxtı Bağdadın şərqində yerləşən, şiələrin sıx yaşadığı Madinat-Sədr rayonunun bazarında baş vermiş partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, 47 nəfər yaralanıb.

APA “Shafaq News” xəbər portalına istinadən xəbər verir ki, partlayış xeyli dağıntıya səbəb olub, bir neçə mağaza yanıb. 

Qurbanların arasında qadınlar və uşaqlar var.

Yerli təhlükəsizlik qüvvələri hadisəni terror hücumu kimi təsnif edib. Partlayıcı qurğunun kustar üsulla hazırlandığı bildirilib. 

Polis hadisənin arxasında kamikadze olacağını istisna etmir. 

İraq Baş naziri Mustafa əl-Kazimi hadisənin təcili araşdırılması barədə göstəriş verib. 

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 
 

***

21:28

İraqda bazarda baş verən güclü partlayış nəticəsində 18 nəfər ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər yaralanıb.

İraq təhlükəsizlik mənbələrindən bildirilib ki, partlayış Bağdadın şərqində Madinat al-Sadr rayonundakı bazarda baş verib. Partlayış kənardan idarə edilən qurğu vasitəsilə gerçəkləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Oxşar yazılar