Ay işğal oluna bilər - NASA narahatdır
03 iyul 2022 06:03 (UTC +04:00)

Ay işğal oluna bilər - NASA narahatdır

Çin astronavtları gələcəkdə Aya enəcək və həmin əraziləri öz yeri kimi təqdim edəcək.

Lent.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NASA məlumat yayıb.

Kosmik Agentliyinin rəhbəri Bill Nelson deyib ki, , hazırda dünyada Çinin iştirakı ilə “kainatı tədqiq etmək üçün yeni yarış” gedir.

“Çin hər an “bu bizə məxsusdur, siz isə uzaq durun” deyəcəyindən çox narahat olmalıyıq. O qeyd edib ki, Çinin kosmik proqramı mahiyyət etibarı ilə “hərbidir” və Çin astronavtları “başqalarının peyklərini məhv etməyi öyrənirlər”.

Bundan əvvəl Pekin 2030-cu ilə qədər Ayın Cənub Qütbünə astronavt göndərmək planlarını açıqlamışdı.
Orada tədqiqat stansiyasının və bazanın yaradılması gözlənilir.

# 2343
avatar

Oxşar yazılar