Avtobus dərəyə aşdı, 17 nəfər öldü
18 iyun 2021 22:51 (UTC +04:00)

Avtobus dərəyə aşdı, 17 nəfər öldü

0

Perunun cənubundakı Lukanas əyalətində avtobusun dərəyə aşması nəticəsində azı 17 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, 20-dən çox sərnişin müxtəlif dərəcəli ağır xəsarətlər alaraq xəstəxanalara yerləşdiriliblər.

İlkin ehtimala görə, avtobus sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi 200 m hündürlükdən dərəyə aşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1524

Oxşar yazılar