Avropa Məhkəməsi Saakaşvilinin iddiasını təmin etmədi
30 iyun 2023 01:56 (UTC +04:00)

Avropa Məhkəməsi Saakaşvilinin iddiasını təmin etmədi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Mixail Saakaşvilinin Ukraynaya qarşı onun vətəndaşlığından məhrum edilməsinə dair iddiasını təmin etməyib.

Lent.az-ın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib.
“AİHM “Saakaşvili Ukraynaya qarşı” (ərizə № 8113/18) işi üzrə qərarında yekdilliklə ərizəni qəbuledilməz elan edib”, - məhkəmədən bildirilib. Qərar qətidir.

Gürcüstanın keçmiş prezidenti iki il Ukrayna vətəndaşı olub: 2015-ci ildən 2017-ci ilə qədər. 2018-ci ildə o, Ukraynadan qovulub, lakin sonradan Ukrayna prezidenti Vladimir Zelenski ona yenidən vətəndaşlıq verib.
 

# 1755
avatar

Oxşar yazılar