Anomal istilər 720-dək insanın ölümünə səbəb oldu
03 iyul 2021 08:16 (UTC +04:00)

Anomal istilər 720-dək insanın ölümünə səbəb oldu

Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində təxminən 720-dək insan anomal istilər səbəbindən ölüb.

APA xəbər verir ki, bu barədə “CBS” telekanalı əyalətin baş məhkəmə tibb eksperti Lia Lapoynta istinadən məlumat yayıb.

Onun sözlərinə görə, son bir həftə ərzində polis Britaniya Kolumbiyasının müxtəlif şəhərlərində sakinlər arasında 719 qəfil ölüm hadisəsini qeydə alıb. Ehtimal olunur ki, bu insanların ölümünə anomal isti hava şəraiti səbəb olub. Ölənlərin çoxu təqaüdçdür.

Yerli meteorologiya bürosunun verdiyi məlumata görə, çərşənbə axşamı kiçik Litton yaşayış məntəqəsində Kanada tarixində maksimum temperatur – 49,6 Selsi dərəcə istilik qeydə alınıb. Cümə axşamı meşə yanğınlarının baş verməsi səbəbindən Littonun, demək olar ki, tamamilə yandığı bildirilir. Təxminən 1000 sakin buranı tərk etmək məcburiyyətində qalıb, azı iki nəfər ölüb.

Keçən həftənin sonundan bəri Britaniya Kolumbiyası, Alberta əyalətlərində, Saskaçevan əyalətinin bəzi bölgələrində, eləcə də ölkənin Arktik ərazilərinin cənub hissələrində - Yukon və Şimal-Qərb ərazilərində anomal istilər hökm sürür. Temperatur gündüzlər 40-45 Selsi dərəcəyə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Oxşar yazılar