Dneropetrovsk vilayətində ana yeni doğulmuş körpəsini dəfn edib.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, qadın uşağın öldüyünü iddia edir.
Məlumata görə, qadının vaxtından əvvəl doğuşu başlayıb. O, doğuşu evdə edib. Ananın dediyinə görə, 5 aylıq körpə doğulanda həyat əlamətləri olmayıb.
Bundan sonra qadın yeni doğulmuş körpənin ölümü barədə heç kimə danışmayıb, onu evinin ərazisində basdırıb. Üstündən bir neçə gün sonra polis hadisədən xəbər tutub. Polislər əraziyə baxış zamanı mələfə və uşağın cəsədini tapıblar. Qadın barəsində hələ ki həbs qətimkan tədbiri seçilməyib.