Ana yaş yarımlıq körpəsini   zibil dolu evdə saxladı
28 mart 2023 12:25 (UTC +04:00)

Ana yaş yarımlıq körpəsini zibil dolu evdə saxladı

Türkiyənin Konya şəhərində Fatma G. adlı qadın yaş yarımlıq uşağını 2 həftə ərzində zibillə dolu evdə saxlayıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Manolya yaşayış binasında qeydə alınıb. Axşam saat 23:30-də bina sakinləri Fatma G.nın kirayə qaldığı evdən uşağın səsini eşidiblər. Sonra qonşular və ev sahibi boş olan mənzildən terrasa çıxıblar. 

Evə daxil olan bina sakinləri gördükləri mənzərə qarşısında şoka düşüblər. Asel adlı balaca uşaq halsız halda yataq otağında, hər tərəfin zibillə dolu olduğu yerdə tapılıb. 

Uşağa su və yemək verən qonşular dərhal polisi çağırıb və uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. 

Polisin saxladığı Fatma G. ifadəsi alınaraq sərbəst buraxılıb. Amma davam edən istintaq müddəti əsasında onun törətdiyi əmələ görə 1 ilə qədər azadlıqdan məhrum olunması gözlənilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689

Oxşar yazılar

Pedofil polis HƏBS OLUNDU:  3000-dən çox video yığıb

Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb

9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı

Qələbə yürüşünün iştirakçıları saxlanıldı

9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün  vergilər artır

Bu ölkədə varlılar üçün vergilər artır

9 may 2025 , 11:51
Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var

Konsert zamanı səhnə uçdu, yaralılar var

9 may 2025 , 09:28
Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

9 may 2025 , 08:25
ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50