Ketrin Sirou
20 iyun 2021 05:12 (UTC +04:00)

Ketrin Sirou

Amerikalı hərbçi qadın Rusiyada manyakın “TƏLƏ”SİNƏ DÜŞDÜ

0

Rusiyanın Nijni Novqorod şəhərində iyunun 15-də itkin düşən amerikalı qadın Ketrin Sirounun 3 gün sonra cəsədi tapılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, cinayətdə şübhəli bilinən 43 yaşlı yerli sakin saxlanılıb.

Saxlanılan şəxs əvvəllər "Zorlama", "Cinsi xarakterli zorakılıq hərəkətləri", "Xuliqanlıq" və "Soyğunçuluq" maddələri ilə məhkum edilib.

Hüquq-mühafizə orqanlarının əldə etdiyi videogörüntülərdən aydın olub ki, Ketrin Bor qəsəbəsində kirayə qaldığı ünvana getmək üçün keçmiş məhkumun avtomobilinə əyləşib. Lakin yolda istiqamətin dəyişdiyini görəndə anasına zəng edib məlumat verməyi bacarıb. Ondan sonra Ketrindən xəbər olmayıb.

Bildirilib ki, öldürülən amerikalı qadın əvvəllər dəniz piyadası olaraq orduda xidmət edib. Döyüş əməliyyatlarında da iştirak edən Ketrin Rusiyaya 3 il əvvəl gəlib. O, Rusiyada Lobaçevski Dövlət Universitetində oxuyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2423

Oxşar yazılar